• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15
A A

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.

Zefer.media xəbər verir ki, 12–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, “ABAD” tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

Həftə ərzində iştirakçılar vəhşi təbiət fotoqrafı Saleh Baxşıyevlə görüşüblər. Görüş zamanı fotoqraf iştirakçılarla Azərbaycanın vəhşi təbiəti, təbiətdə sağ qalma bacarıqları, istiqamətin müəyyən edilməsi, vəhşi heyvanların davranış xüsusiyyətləri və təbiətdə təhlükəsizlik qaydaları barədə məlumatlarını bölüşüb.

O, həmçinin uşaqlara təbiəti sevməyin və qorumağın vacibliyindən danışıb, onların suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin kinoloqları ilə görüşdə iştirakçılar kinoloji xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib, onları maraqlandıran sualları cavablandırıblar.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

“Rabitəbank” tərəfindən təşkil olunan maliyyə savadlılığı təlimində iştirakçılar şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişləri və maliyyə məsuliyyəti ilə bağlı praktiki biliklər əldə ediblər.

Parkur saatı və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

ASAN Radio/TV-nin təşkilati dəstəyi və tanınmış müğənnilər – Sevda Yəhyayevanın və Kazımcanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov uşaqlarla görüşərək onların düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.

Bununla 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi uğurla başa çatıb.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: Azərbaycan Hava Yolları, “Rabitəbank”, “Mətanət-A” şirkəti, “Bravo” supermarketlər şəbəkəsi, “PASHA Sığorta”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

Bənzər Xəbərlər

Gündəm

Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”

Avqust 18, 2026
Gündəm

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

Avqust 18, 2026
Gündəm

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Avqust 17, 2026
Gündəm

Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir? – DOSYE

Avqust 17, 2026
Gündəm

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

Avqust 17, 2026
Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026

XƏBƏR LENTİ

Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”

18 Avqust, 26 / 20:35

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

18 Avqust, 26 / 20:23

Suriyada məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum etdi

18 Avqust, 26 / 17:42

“Rusiyanın qonşularına bu cür yanaşmağa davam edərsə, münasibətlər düzəlməyəcək”

18 Avqust, 26 / 17:20

Xarkova hava zərbələrinin ağır nəticəsi: bu qədər insan həyatını itirdi

18 Avqust, 26 / 17:09

18 avqust – DSX əməkdaşlarının peşə bayramı günüdür

18 Avqust, 26 / 16:57

İran Trampın Hörmüz açıqlamasını “xülya” adlandırdı

18 Avqust, 26 / 16:44

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinə start verilib – FOTOLAR

18 Avqust, 26 / 16:37

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

18 Avqust, 26 / 16:23

Rusiyanın elektron ticarət platformasına dron hücumu ilə ziyan dəyib

18 Avqust, 26 / 16:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.