• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Media

YAP Səbail rayon təşkilatında Milli Mətbuat Günü qeyd olunub

23 İyul, 26 / 16:04
A A

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev medianın milli maraqların qorunmasında rolundan danışıb. O bildirib ki, 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoymaqla yanaşı, xalqın maariflənməsinə, ana dilinin inkişafına və milli özünüdərk prosesinin güclənməsinə mühüm töhfə verib. M.Nağıyev qeyd edib ki, 151 illik zəngin inkişaf yolu keçən Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdə milli dəyərlərin təbliğində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm xidmət göstərib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması və media sahəsində həyata keçirilən islahatlar milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, medianın hüquqi bazasının təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca milli mətbuatımızın keçdiyi zəngin inkişaf yolundan geniş bəhs edib. O, medianın bundan sonra da üzərinə düşən vəzifələri obyektivlik, qərəzsizlik, məsuliyyət prinsiplərinə sadiq qalaraq layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz, Əməkdar jurnalist Etibar Babayev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı çıxışlarında cəmiyyətin inkişafında və dövlət maraqlarının qorunmasında mətbuatın rolundan danışıblar.

Sonra bir qrup jurnalistə fəxri fərman təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda konsert proqramı təqdim olunub.

Bənzər Xəbərlər

Dünya

Mətbuat Şurası Rusiya mediasında Azərbaycana qarşı yönəlmiş təhqir və təhdidləri qətiyyətlə pisləyir

Avqust 18, 2026
Media

APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Avqust 13, 2026
Təhsil

Jurnalistikaya qabiliyyət imtahanının vaxtı açıqlandı

İyul 30, 2026
Dünya

Ukrayna mediası İranın hücumu ilə bağlı xəbərdarlıq edib

İyul 28, 2026
Cəmiyyət

Prezidentdən Rauf Arifoğlu ilə bağlı – Sərəncam

İyul 22, 2026
Media

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi 

İyul 22, 2026

XƏBƏR LENTİ

Kəlbəcərdə məktəbin ilk məzunu tələbə adını qazanıb

25 Avqust, 26 / 12:03

BDU-da “Bir yay, min xatirə” düşərgəsinin bağlanış mərasimi keçirilib

25 Avqust, 26 / 11:52

BDU-da “Bir yay, min xatirə” düşərgəsi çərçivəsində daha beş təlim keçirilib

25 Avqust, 26 / 11:42

Böyük Britaniya və Ukrayna yeni saziş imzalayıblar

25 Avqust, 26 / 9:29

Oman sahillərində neft tankerinə hücum edilib

25 Avqust, 26 / 9:25

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

24 Avqust, 26 / 19:35

Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə olacaq

24 Avqust, 26 / 19:15

Tramp Ukraynanı strategiyasını dəyişməyə vadar etdi: Kiyev yeni yola keçir

24 Avqust, 26 / 17:55

BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

24 Avqust, 26 / 16:10

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

24 Avqust, 26 / 15:04

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.