• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Mətbuat Şurası Rusiya mediasında Azərbaycana qarşı yönəlmiş təhqir və təhdidləri qətiyyətlə pisləyir

18 Avqust, 26 / 12:32
A A

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır. Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.

Zefer.media xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.

Təəssüf hissi ilə qeyd olunub ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir.

“Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.

Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.

Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır.

Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.

Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”, – bəyanatda qeyd olunub.

Bənzər Xəbərlər

Dünya

BRS Telangana hökumətinin hakimiyyətdə 1000 gününü qeyd etməsinə qarşı bir həftəlik etiraz kampaniyası planlaşdırır

Avqust 24, 2026
Dünya

Çində leysan yağışları və tayfunlarla bağlı bir neçə xəbərdarlıq elan edilib

Avqust 24, 2026
Dünya

Niderlandda məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub: 8 nəfər yaralanıb

Avqust 24, 2026
Dünya

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinin dəyişməsi qaçılmazdır

Avqust 24, 2026
Dünya

İran ABŞ-nin müharibənin başa çatdırılması adı altında irəli sürdüyü şərtləri qəbul etməyəcək

Avqust 24, 2026
Dünya

Krasnadora gecə hücumu: 3 yeniyetmə həlak olub, 6 uşaq yaralanıb

Avqust 24, 2026

XƏBƏR LENTİ

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

24 Avqust, 26 / 19:35

Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə olacaq

24 Avqust, 26 / 19:15

Tramp Ukraynanı strategiyasını dəyişməyə vadar etdi: Kiyev yeni yola keçir

24 Avqust, 26 / 17:55

BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb

24 Avqust, 26 / 16:10

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

24 Avqust, 26 / 15:04

“Sabahın Sənət Elçiləri” Bakıda Türkiyə-Azərbaycan sənət körpüsünü gücləndirir

24 Avqust, 26 / 14:51

Asim Munir Tehrana səfərindən öncə Trampla danışıb

24 Avqust, 26 / 14:42

Prezidentin Özbəkistana səfəri mühüm dövlətçilik hadisəsidir - Politoloqdan açıqlama 

24 Avqust, 26 / 14:34

Sabahın hava proqnozu

24 Avqust, 26 / 14:18

Şəki sakinləri dənizdə boğuldu

24 Avqust, 26 / 14:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.