• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.3° Weather Columbus
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

BDU-da “Bir yay, min xatirə” düşərgəsi çərçivəsində daha beş təlim keçirilib

25 Avqust, 26 / 11:42
A A

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib.

Zefer.media xəbər verir ki, Azərbaycan Süni İntellekt İnstitutunun direktoru Emil Abdullayevin “Süni intellektin gücü: Generativ AI alətləri ilə yeni imkanlar” və “Ağıllı şəhərlər, ağıllı gələcək: Şəhərsalma və urbanizasiyada süni intellekt” mövzularında təlimlərində generativ süni intellekt alətləri, onların müxtəlif sahələrdə tətbiqi, eləcə də süni intellektin şəhərsalma və urbanizasiya prosesləri, ağıllı nəqliyyat sistemləri, enerji səmərəliliyi və müasir şəhər problemlərinin həllində yaratdığı imkanlar müzakirə olunub.

“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilovanın təqdimatında “Art-terapiya” təlimi keçirilib. Təlim çərçivəsində iştirakçılar rənglərin köməyi ilə daxili duyğularını, xəyal dünyalarını və xarici aləmə baxışlarını vərəq üzərində əks etdirib, daha sonra çəkdikləri əsərləri təqdim edərək rəng və fiqurların onlar üçün ifadə etdiyi mənaları bölüşüblər.

Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Mübariz İmanov isə düşərgə iştirakçılarına “Şəhər mühitində gənclər üçün imkanlar və karyera inkişafı” mövzusunda seminar keçib. Seminarda gənclər üçün mövcud imkanlar, əmək bazarının müasir tələbləri, karyera planlaması və peşəkar inkişaf yolları müzakirə olunub, iştirakçılara əmək bazarına hazırlıq, bacarıqların inkişaf etdirilməsi və məşğulluq imkanlarından səmərəli istifadə ilə bağlı praktiki tövsiyələr verilib.

Düşərgənin yekun sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə tərəfindən gənclərin gələcəyin şəhərləri ilə bağlı gözləntiləri və şəhər həyatında iştirakçılığı mövzusunda sessiya keçirilib. Sessiyada gənclərin şəhərlərin planlaşdırılması və inkişafında iştirakı, düzgün şəhər quruluşu, inklüzivlik və hər kəs üçün yaşana bilən şəhərlərin formalaşdırılması məsələləri müzakirə olunub. Həmçinin WUF13-ün əhəmiyyəti və nəticələri barədə iştirakçılara məlumat verilib.

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.