• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.2° Weather Columbus
$
1.7
€
1.9
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU -FOTOLAR

05 Oktyabr, 26 / 15:17
A A

Kitab silinməyən tarixdir. Bir xalqın dünənlərinin izi kitablarda yaşayır. Keçmişin bu günümüzə, bu günümüzün gələcəyimizə çatmasında kitabların böyük rolu var. Tarixə yazılan qəhrəmanlıqları biz kitablar vasitəsilə oxuyub öyrənmişik. Xalq olaraq illər boyu yaşadığımız soyqırımlar, faciələr tarixin hər səhifəsində yer alıb. Ancaq son illərdə Azərbaycanın tarixinə “Zəfər” kəlməsi Şəhidlərin qanı ilə böyük hərflərlə yazılıb. Həmin Zəfərin memarı olan Şəhidlərimizin adları, qəhrəmanlıqları kitabların ən önəmli mövzusuna çevrilib. Həmin kitablar sırasında “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn çoxsaylı kitablar da yer almaqdadır.

Xalqımız üçün böyük əhəmiyyət kəsb edən Vətən müharibəsinin 6-cı, Ermənistan–Azərbaycan sərhədində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş vermiş silahlı toqquşmanın 4-cü, Antiterror əməliyyatının 3-cü ildönümü ərəfəsində Şəhidlərimizin adlarını əbədiləşdirmək üçün ərsəyə gələn “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin VI hissəsi “VƏTƏN FƏDAİLƏRİ:NAXÇIVAN ŞƏHİDLƏRİ” II hissənin təqdimat mərasimi keçirilib. Yazıçı-publisist, AYB və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızının, Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədovun və xeyriyyəçi iş adamı Bəhruz Məmmədovun birlikdə ərsəyə gətirdikləri “VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ” II hissə kitabının təqdimat mərasimi 30 sentyabr 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib. Dövlət rəsmilərinin, Şəhid ailələrinin, Qazilərin, təhsil və tibb işçilərinin iştirakı ilə keçirilən tədbir media nümayəndələri vasitəsilə ictimaiyyətə çatdırılıb.

100 Şəhid həyatından ətraflı şəkildə yazılan kitabda 1988-ci ildən son Antiterror əməliyyatına qədər Şəhid olan qəhrəmanların bir çoxlarının qəhrəmanlıqlarından bəhs olunub. Tədbirdə çıxış edən qonaqlar bu kitabın (kitabların) vətənpərvərliyin təbliğatında olan rolundan danışıblar. Naxçıvan Qarnizonu Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin sədası ilə açıq elan olunan tədbirdə kitabın müəllifi Manya Səxavətqızı, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin dəstəkçisi Şahin Məmmədov, maliyyə dəstəkçisi Bəhruz Məmmədov, ƏÜO-nun mənsubu mayor Əsədzadə Binnət Yavər oğlu, Şəhid ataları , Şəhid anaları və digər qonaqlar çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər.

Tədbirin sonunda kitab bütün tədbir iştirakçılarına təmənnasız olaraq təqdim olunub və xatirə şəkli çəkilib.

“VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbər və dəstəkçiləri ilə Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil ocaqlarında da silsilə görüşlər keçirilərək tələbə, kursant və şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində, Qəzənfər Əkbərov adına 1 nömrəli Cəhri qəsəbə tam orta məktəbində və Qoşqar Sadiqov adına 2 nömrəli Cəhri qəsəbə tam orta məktəbində keçirilən görüşlər “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn kitablardan bəhs olunub və tədbirlərin sonunda müəllif Manya Səxavətqızı həmin təhsil ocaqlarının rəhbər və şagird heyətinə öz kitablarını bağışlayıb.

Vətənə xidmət hər bir vətəndaşın mənəvi borcudur. “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində tarixə həkk olunan Şəhid adları gələcəyə əmanətdir.

AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızı

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.