• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.5° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Vətəndaşlar əmək yarmarkalarından necə yararlanırlar? - AÇIQLAMA

06 Aprel, 26 / 16:37
A A

İnsanın özünü tapdığı, həm də gəlirinin ürəkaçan olduğu işinin olması çox önəmli, olduqca zəruridir. Ona görə də yaxşı CV hazırlayıb müxtəlif vakansiyaları müəyyən saytlardan, vatsap və teleqram qruplarından, paylaşımlardan və s. araşdırırlar.

Bütün bunlarla yanaşı Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkaları mütəmadi olaraq, hər il təşkil olunur.

Agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı Zefer.media-ya açıqlamasında deyib ki, həmin yarmarkalar işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir:

“Yarmarkalar işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrları seçmələrinə köməklik göstərilməsi məqsədilə təşkil edilir.
Yarmarkada iştirak etməklə vətəndaşlar karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə edə, Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə tanış ola, aktiv məşğulluq tədbirlərinə müraciət edə bilirlər”.

Mətbuat katibinin sözlərinə görə Əmək yarmarkasının təşkili üçün Agentliyin Regional Məşğulluq filialları tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir:

“Əvvəlcədən yarmarkalarda iştirak etmək üçün müraciət etmiş işaxtaran və işsiz şəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat verilir. Eyni zamanda, qeyd olunan məlumatlar Agentliyin rəsmi internet səhifələrində dərc edilir və Nazirliyin “Əmək və məşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir”.

Əsmər Nəcməddinqızı əlavə edib ki, 2025-ci ildə ölkə üzrə 218 əmək yarmarkası təşkil edilib:

“Yarmarkalarda 2 221 şirkət iştirak edib, işsiz və işaxtaran şəxslərə 18 657 vakansiya təqdim olunub.

Cari ilin ötən dövrü ərzində ölkə ərazisində 54 əmək yarmarkası keçirilib. Həmin yarmarkalarda işsiz və işaxtaran şəxslərə 372 işəgötürən tərəfindən 2669 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilir, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılır.
Məlumat üçün qeyd edək ki, bu il ərzində 200 əmək yarmarkasının keçirilməsi proqnozlaşdırılır”.

 

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah bu ərazilərdə qaz olmayacaq

Avqust 4, 2026
Cəmiyyət

Peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edildi

Avqust 4, 2026
Cəmiyyət

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

Avqust 4, 2026
Cəmiyyət

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

Avqust 4, 2026
Cəmiyyət

Bəzi ərazilərdə işıq olmayacaq

Avqust 4, 2026
Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026

XƏBƏR LENTİ

Sabah bu ərazilərdə qaz olmayacaq

04 Avqust, 26 / 17:28

Peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edildi

04 Avqust, 26 / 17:27

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

04 Avqust, 26 / 16:04

BƏƏ İran gəmilərinin limanlara girişini yenidən qadağan etdi

04 Avqust, 26 / 16:00

“İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb”

04 Avqust, 26 / 14:31

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

04 Avqust, 26 / 14:07

“Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk Dünyasının daha sıx inteqrasiyasına xidmət edir”

04 Avqust, 26 / 12:59

ATƏT-in sədri Azərbaycana gəldi

04 Avqust, 26 / 10:30

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb  

04 Avqust, 26 / 10:14

Bəzi ərazilərdə işıq olmayacaq

04 Avqust, 26 / 9:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.