Ukraynanın Sumı vilayətində pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat yayılıb.
Zefer.media xəbər verir ki, hadisədən sonra xilasedicilər və təcili yardım briqadaları əraziyə cəlb olunub, dağıntılar altında axtarış-xilasetmə işləri aparılır.
Yerli rəsmilər zərərin miqyasının dəqiqləşdirildiyini, təhlükəsizlik xidmətlərinin isə ərazidə işlədiyini bildirirlər. Hücumun nəticələri və mümkün itkilərlə bağlı rəsmi informasiyalar yenilənə bilər.
Zərintac Mayisqızı

















