Ukraynanın xarici işlər naziri Andrey Sibihanın açıqlamasından sonra Cənubi Koreya ilə Kiyev arasında Şimali Koreyadan olan iki hərbi əsirin təhvil verilməsi ilə bağlı diplomatik gərginlik yaranıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Sibiga məsələni “diplomatik anlaşılmazlıq” adlandırıb və Kiyevin vəziyyəti həll etməyə ümid etdiyini bildirib.
Cənubi Koreya Prezidenti Li Çje Men isə Ukraynanın əvvəlcə məlumatın məxfi saxlanılmasını tələb etdiyini, daha sonra isə bu barədə özü məlumat yayaraq razılaşmanın mövcudluğunu inkar etdiyini deyib. O, bununla digər ölkənin dövlət başçısını “yalançı” vəziyyətinə saldığını bildirib.
Li Çje Men Ukraynadan bu faktı qəbul etməyi və açıq şəkildə üzr istəməyi tələb edib. Əks halda Seulun “əlavə tədbirlər” görəcəyini açıqlayıb.
Qəmər Kazımzadə

















