Kiyevdə gecə baş verən Rusiya hücumundan sonra üç əsas körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Cənub körpüsü və Paton körpüsü hər iki istiqamətdə tam bağlanıb. Metro körpüsündə isə sağ sahil istiqamətində hərəkət dayandırılıb. İctimai nəqliyyat Darnitski və Podolski körpülərinə yönləndirilib.
Bundan əvvəl Rusiya qüvvələrinin Cənub körpüsünün dayaq hissəsinin yaxınlığına bir neçə zərbə endirdiyi bildirilmişdi.
Paton və Metro körpülərinə zərbələr endirilməsi barədə məlumat verilməyib. Buna baxmayaraq, hücumun nəticələri və tətbiq olunan hərəkət məhdudiyyətləri fonunda həmin körpülər də müvəqqəti bağlanıb.
Aytən Yalçınqızı

















