Donetskdə Rusiya Silahlı Qüvvələrinin 51-ci ordusunun qərargahına raket zərbəsi endirilib.
Zefer.media Ukrayna mənbələrinə istinadən xəbər verir ki, zərbə nəticəsində birləşmənin komandiri, general-leytenant Sergey Milçakov həlak olub. Milçakovun 2024-cü ildə Rusiya Qəhrəmanı adına layiq görüldüyü barədə məlumatlar mövcuddur.
Bildirilib ki, zabit daha əvvəl Dobropolye istiqamətindəki uğursuzluqlardan sonra vəzifədən kənarlaşdırılması ilə bağlı xəbərlərin gündəmə gəlməsi ilə də diqqət çəkmişdi.
Hazırda Milçakovun həlak olması və qərargahın məhv edilməsi barədə rəsmi təsdiq yoxdur. Buna görə məlumatı təsdiqlənməmiş xəbər kimi təqdim etmək lazımdır.
Aytən Yalçınqızı

















