Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov Rusiya və Ukraynanın ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.
Zefer.media “Axios”a istinadən xəbər verir ki, Umerov danışıqlarda fikir ayrılıqlarının sayının onlarla məsələdən bir-iki əsas məsələyə qədər azaldığını deyib.
“Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Xüsusilə, fikir ayrılıqlarının sayı onlarla məsələdən hazırda danışıqların predmetini təşkil edən bir-iki əsas məsələyə qədər azalıb”, – deyə Umerov bildirib.
Aytən Yalçınqızı

















