Dünya

Ukrayna və ABŞ Dron Sazişi çərçivəsində yeni müdafiə müqaviləsi hazırlayırlar

12 May 2026, 18:522
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik sahəsində yeni beynəlxalq müqavilələrin hazırlandığını elan edib. Əsas sahələrdən biri Ukrayna və ABŞ arasında dron və müdafiə texnologiyalarının birgə istehsalına dair Dron Sazişi ola bilər”.

Zefer.media xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Ukrayna və ABŞ ölkələr arasında potensial müdafiə müqaviləsinin şərtlərini müəyyən edən memorandum hazırlayıblar.

Sənəd ABŞ Dövlət Departamenti və Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina tərəfindən razılaşdırılıb.

Memorandum dronlar və hərbi texnologiyalar sahəsində genişmiqyaslı əməkdaşlığa – Dron Sazişinə doğru ilk addım adlanır.

Bu, Ukrayna müdafiə məhsullarının ABŞ-a ixracı, eləcə də dron istehsalı üçün Amerika şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanlarına aiddir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600