ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda hərbi güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədi güdmədiyini bəyan edib.
Zefer.media xəbər verir ki,o, “New York Post” qəzetinə müsahibəsində bildirib ki, ABŞ-ın əsas hədəfi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
Tramp hakimiyyət dəyişikliyinin heç vaxt onun üçün əsas meyar olmadığını vurğulayıb. İsrailin İranda mövcud hakimiyyəti güc yolu ilə dəyişmək istəyinə münasibət bildirən ABŞ prezidenti bunun mümkün ola biləcəyini istisna etməyib, lakin Vaşinqtonun belə bir məqsədinin olmadığını qeyd edib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu oktyabr ayında Tramp ilə İrana qarşı birgə addımları müzakirə etdiyini açıqlamışdı. O, həmin açıqlamasında Tehranda hakimiyyət dəyişikliyini əsas vəzifələrdən biri hesab etdiyini bildirmişdi.




