Banner

Kostanyan: Türkiyə və Azərbaycanla əməkdaşlıq Ermənistanın enerji təhlükəsizliyini gücləndirə bilər

25 Noyabr 2026, 10:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan Türkiyə və Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsini ölkənin enerji sisteminin dayanıqlığının artırılması baxımından vacib hesab edir.

Zəfər.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanla yanaşı, Gürcüstan və İranla da enerji əlaqələrinin inkişaf etdirilməsi Ermənistanın enerji təchizatının etibarlılığını artıra və ölkəyə əlavə iqtisadi imkanlar qazandıra bilər.

Kostanyan qeyd edib ki, Ermənistanın təcrid siyasəti yürütməsi ölkənin maraqlarına uyğun deyil. O, enerji infrastrukturunun qonşu dövlətlərlə inteqrasiyasının vacibliyini vurğulayıb.

Nazir müavini Türkiyə və Azərbaycanla mümkün əməkdaşlığın ilkin mərhələsində enerji sistemlərinin ada prinsipi əsasında birləşdirilməsinin nəzərdən keçirildiyini bildirib. Gələcəkdə isə bu sistemlərin tam sinxronlaşdırılması imkanları araşdırıla bilər.

Kostanyanın sözlərinə görə, belə bir inteqrasiya Ermənistanın enerji sisteminin Avropa texniki standartlarına uyğunlaşdırılmasını tələb edəcək.

“Türkiyə yüksək texniki və tənzimləyici standartlara uyğun olan Avropa enerji məkanının bir hissəsidir. Bu, yalnız Türkiyə ilə sinxronizasiya deyil, həm də Avropa enerji məkanına qoşulmaq deməkdir”, – deyə o vurğulayıb.

Kostanyan Ermənistanın Gürcüstanla enerji infrastrukturunun inkişafı istiqamətində artıq layihələr həyata keçirdiyini, İranla isə üçüncü

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600