Hərbi

Türkiyə İrana silah satışı iddialarını təkzib etdi

5 Aprel 2026, 15:376
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə hakimiyyəti Ankaranın İrana silah satması ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.

Zefer.media xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib.

Məlumata görə Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri və dron raketləri verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qurum açıqlamasında belə tip iddiaların ictimai düşüncəni manipulyasiya etmək və regionda mövcud olan həssas tarazlığı pozmaq məqsədi daşıdığını vurğulayıb. Mərkəz vətəndaşları zərərli dezinformasiya kampaniyalarına inanmaqdan çəkinməyə çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600