“Türkiyə polisi iki məktəbdə baş verən atışmadan sonra 162 nəfəri saxlayıb”.
Zefer.media xəbər verir ki, bununla bağlı “Gazete Kalem” qəzeti ədliyyə naziri Akın Gürleyə istinadən məlumat yayıb.
Saxlanılanlar hücumlar barədə yalan məlumat yaymaqda, eləcə də onları internetdə açıq şəkildə dəstəkləməkdə şübhəli bilinirlər.
Gürlekin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 1100-dən çox sosial media hesabını bloklayıblar.
Nazir bildirib ki, əhali arasında qorxu, narahatlıq və panika yayan məzmunlu çoxsaylı hesablar aşkarlayıblar: “Onlar açıq şəkildə yanlış informasiyalar yayıb, cinayətlərə və cinayətkarlara haqq qazandırıblar”.
Media orqanı əlavə edib ki, Ankara Baş Prokurorluğu Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Departamentinə uşaqlara qarşı zorakılığa təhrik edə biləcək rəqəmsal məzmun və platformaları müəyyənləşdirib və müvafiq tədbir görmək tapşırığı verib.
Zərintac Mayisqızı

















