Dünya

Türkiyə və Qətər İran-ABŞ danışıqlarını müzakirə edib

5 İyun 2026, 12:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Zefer.media xəbər verir ki, onlar ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, İran və ABŞ arasında davam edən danışıqlardakı son vəziyyəti də müzakirə ediblər.

Telefon danışığında İran-ABŞ münasibətləri ətrafında aparılan vasitəçilik səyləri və regionda gərginliyin azaldılması istiqamətində görülən işlər diqqət mərkəzində olub. Nazirlər davam edən diplomatik təşəbbüslərin dəstəklənməsi və bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600