Türkiyədə 107 sərnişinin olduğu turist gəmisində yanğın baş verib
Zefer.media xəbər verir ki, yanğın ölkənin cənub-qərbində olub.
Hadisə ilə bağlı siqnal daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi və dəniz polisi qüvvələri göndərilib.
Xilasedicilər gəmidə olan 107 nəfərin hamısını təxliyə edib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Zərintac Mayisqızı

















