Tehran və Vaşinqton arasında əldə olunduğu bildirilən anlaşmanı təhlil edərək onun uzunmüddətli perspektivlərini sual altına alıb.
Zefer.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti bildirib.
Nəşrin fikrincə, tərəflərə yekun razılaşma üzərində işləmək üçün 60 günlük vaxt qazandıran memorandum mühüm addım olsa da, qarşıda ciddi maneələr qalır.
Qəzetə görə, prosesin taleyi əsasən üç mühüm məsələdən asılıdır.
Tramp bildirib ki, razılaşmanın rəsmi imzalanmasından sonra Hörmüz boğazı yenidən açılacaq. Bu, qlobal enerji və ticarət bazarları üçün mühüm əhəmiyyət daşıyır.
Ağ Evin İran gəmilərinə tətbiq etdiyi dəniz blokadasının ləğvi də anlaşmanın əsas hissələrindən biri hesab olunur.
Ən böyük qeyri-müəyyənlik İsraillə bağlıdır. İsrail ordusunun Livandakı əməliyyatlarını davam etdirməsi Tehran tərəfindən razılaşma üçün potensial təhlükə kimi qiymətləndirilir.
Zərintac Mayisqızı

















