Bu gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ prezidenti Donald Trampın son açıqlamalarına cavab verərək İsrailin təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul etdiyini bildirib.
Zefer.media xəbər verir ki, Ben-Qvir “X” hesabında yazıb:
“ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma İsrail üçün məcburi xarakter daşımır. İsrail ABŞ-yə tabe deyil və müstəqil, suveren dövlətdir. Biz ABŞ-ni sevirik və Prezident Trampa minnətdarıq. Bununla belə, İsrail Dövləti banan respublikası deyil”.
Nazir qeyd edib ki, İsrail öz təhlükəsizliyini riskə ata biləcək heç bir razılaşmanın tərəfi olmayacaq və belə sənədlər ölkəni öhdəlik altına salmır.
Ben-Qvir Hizbullaha qarşı sərt mövqeyini təkrarlayaraq təşkilatın tamamilə məhv edilməli olduğunu vurğulayıb.
Zərintac Mayisqızı

















