• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Ashburn
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Trampın Polşaya hərbi dəstəyinin gücləndirilməsi təsadüfi deyil - Açıqlama 

22 May, 26 / 17:59
A A

ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min amerikalı hərbçinin göndəriləcəyini bəyan edib. O, həmin qərarı Polşa ilə münasibətlərin möhkəmləndirilməsi və prezident Karol Karol Navrotski ilə əməkdaşlıqla əlaqələndirib.

Vurğulayaq ki, Amerika Birləşmiş Ştatları və Polşa arasında münasibətlər əsasən hərbi, siyasi və iqtisadi əməkdaşlığa əsaslanır. Polşa NATO daxilində ABŞ-ın Avropadakı ən yaxın tərəfdaşlarından biri sayılır.

Mövzu ilə bağlı Zefer.media–ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Trampın Polşaya hərbi dəstəyinin gücləndirilməsi təsadüfi deyil:

“Beş min əlavə hərbi qüvvənin yerləşdirilməsi barədə qərar ciddi strateji təhlükəsizlik və taktiki hərbi məsələlərlə bağlıdır. Polşa Şərqi Avropada, Rusiya ilə NATO-nun şərq cinahı arasında yerləşən ən strateji əhəmiyyətli ölkələrdən biridir. Eyni zamanda bu ölkə Ukraynanın müdafiəsi və təminatı baxımından da əlverişli coğrafi mövqeyə malikdir. Polşa Avropa ölkələri arasında Rusiya ilə daha sərt və barışmaz siyasət yürüdən az sayda dövlətdən biridir və bu mövqe həm də tarixi ədavət və siyasi faktorlarla bağlıdır. Bu baxımdan Polşa ABŞ-ın Şərqi Avropadakı ən ardıcıl və xüsusi strateji müttəfiqlərindən biri hesab olunur”.

Həmçinin siyası şərhçi qeyd edib ki, qərar Polşanın mövqeyini və təhlükəsizlik təminatını gücləndirməklə yanaşı, ABŞ-Rusiya münasibətlərində də etimadsızlıq mühitini daha da dərinləşdirə bilər:

“Rusiya bunu öz sərhədlərinə yaxın ərazilərdə ABŞ-ın hərbi-strateji mövqelərini gücləndirməsi kimi qiymətləndirəcək. Eyni zamanda bu addım NATO-nun Şərqi Avropadakı mövqelərini daha da möhkəmləndirir. Trampın NATO ilə müəyyən məsafə saxlamaq cəhdlərinə baxmayaraq, alyansın şərq cinahı ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də bu qərar həm Rusiyaya mesaj, həm NATO-nun gücləndirilməsi istiqamətində addım, həm də alyans daxilində bəzi ölkələrə siyasi siqnal kimi qiymətləndirilə bilər”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Dünya

ABŞ-İran memorandumu nə zaman imzalanacaq?

İyun 12, 2026
Cəmiyyət

Sabah Bakıda temperatur 35 dərəcəyə yüksələcək

İyun 12, 2026
Dünya

“İran Qətər vasitəsilə ABŞ-yə razılaşma layihəsini təqdim edib”

İyun 12, 2026
Dünya

Ərdoğan Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdi

İyun 11, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.