ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Zefer.media xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə bildirib.
Tehran uran ehtiyatını təhvil verməkdən imtina etsə belə, ABŞ sonda həmin ehtiyatına nail olacaq.
“Biz onların uran ehtiyatını əldə edəcəyik. Bizə lazım deyil, istəmirik. Yəqin ki, onu əldə etdikdən sonra məhv edəcəyik, ancaq onların buna sahib olmasına imkan verməyəcəyik”, – deyə, Tramp vurğulayıb.
Zərintac Mayisqızı















