ABŞ prezidenti Donald Trump dünən İranın İsrailə hücumundan sonra verdiyi açıqlamada hadisənin davam edən danışıqlara təsir etməyəcəyini bildirib.
Zefer.media-nın əldə etdiyi məlumata görə, Tramp qeyd edib ki, İsrailin baş naziri Benjamin Netanyahu İranla mümkün razılaşmanı qəbul etməkdən başqa seçimə malik deyil.
ABŞ prezidenti əlavə edib: “Bütün qərarları mən verirəm. Netanyahu qərar verən deyil”.
Qeyd olunur ki, Trampın açıqlamaları İran–İsrail gərginliyi və Vaşinqtonla Tehran arasında mümkün diplomatik proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Zərintac Mayisqızı




