Dünya

Tramp: “Körfəz ölkələrinin xahişi ilə İrana hücumu 2-3 gün təxirə saldıq”

19 May 2026, 12:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İrana qarşı mümkün hərbi hücumun niyə həyata keçirilmədiyi ilə bağlı suala cavab verib.

Zefer.media xəbər verir ki, müxbirin “Sizin İrana hücum etməməyinizin səbəbi nədir?” sualına Tramp belə bildirib:

“Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ liderləri Vaşinqtondan hücumun 2-3 gün təxirə salınmasını istəyiblər. Bu ölkələr İranla razılaşmanın əldə edilməsinə çox yaxın olduqlarını düşünürlər.

Tramp qeyd edib ki, ABŞ üçün əsas şərt İranın nüvə silahından tam imtina etməsidir. O əlavə edib ki, əgər ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri mümkün razılaşma şərtlərindən razı qalsa, Vaşinqton da diplomatik həllə müsbət yanaşacaq.

Xatırladaq ki, Tramp özünün sosial media hesabında da İrana qarşı planlaşdırılan hücumların təxirə salınması ilə bağlı paylaşım etmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600