ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinə sülh danışıqlarına qayıtmaq və mövqeyini dəqiqləşdirmək üçün qısa müddət – cəmi bir neçə gün vaxt verdiyini bildirib.
Zefer.media xəbər verir ki, bu barədə “Axios” agentliyi ABŞ rəsmilərinə istinadən bildirib.
Məlumata görə Tramp atəşkəsin qeyri-müəyyən müddətə davam etməyəcəyini vurğulayıb və Tehranın gecikməsinin ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ tərəfi razılaşmanın hələ də mümkün olduğunu düşünür. Lakin Vaşinqtondakı mənbələr qeyd edir ki, İran daxilində mövcud parçalanma səbəbindən Tehran hazırda açıq və yekdil cavab verməyə hazır görünmür.
Zərintac Mayisqızı

















