Tehran və Vaşinqton arasında aparılan dolayı danışıqlar hələ yekun razılaşma ilə nəticələnməyib.
Zefer.media xəbər verir ki, bununla əlaqədar İranın yüksək vəzifəli mənbəsi “Reuters” agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, son təmaslar zamanı tərəflər arasında mövcud olan fikir ayrılıqlarında müəyyən irəliləyiş qeydə alınıb və “boşluqların” azaldığı müşahidə olunur.
Bununla belə, İran rəsmisi qeyd edib ki, regional və beynəlxalq vasitəçilik səyləri davam etsə də, bir sıra əsas məsələlər hələ də həllini tapmayıb.
Bu məsələlər arasında uran zənginləşdirilməsi, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və Hörmüz boğazı üzərində nəzarət kimi strateji mövzuların olduğu bildirilir.
Mənbə vurğulayıb ki, bu sahələr hazırda Tehran–Vaşinqton danışıqlarında ən ciddi fikir ayrılıqlarını təşkil edir və yekun razılaşma üçün əsas maneələr olaraq qalır.
Zərintac Mayisqızı















