• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir

01 Sentyabr, 26 / 17:00
A A

Rusiyanın “Regional Əməkdaşlıq Mərkəzi”nin və ölkədə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən mütəxəssislərdən ibarət qrupun Yeni Klinikaya səfəri baş tutub. Ziyarətin məqsədi tibb müəssisəsinin fəaliyyətinin təşkili və tibbi xidmətlərin göstərilməsi sahəsində təcrübənin öyrənilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. 

Zefer.media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti məlumat yayıb.

TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova və Yeni Klinikanın direktoru Zəhra Vəzirovanın iştirakı ilə keçirilən görüşdə tibb xidmətlərinin inkişafı, tibb müəssisələrinin fəaliyyətinin təşkili, kadr hazırlığı, regionlarda çoxprofilli klinikaların yaradılması, reanimasiya və intensiv terapiya üzrə mütəxəssis hazırlığı, keyfiyyətə nəzarət, audit, satınalma və icbari tibbi sığorta mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mütəxəssis heyətinin üzvləri təmsil etdikləri ölkənin səhiyyə sistemində tətbiq olunan yanaşmalar və resursların səmərəli idarə olunması üzrə təcrübələrini bölüşüblər.

Səfər çərçivəsində qonaqlar Yeni Klinikanın müvafiq şöbə və bölmələri, eləcə də Tibbi Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzi ilə tanış olub. Mütəxəssis qrupuna həmçinin tibbi xidmətlərin təşkili, hemotransfuziya, əməliyyatdan sonrakı ağrıların idarə olunması, laboratoriya xidmətləri, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi, eləcə də inzibati-texniki proseslər barədə məlumat verilib.

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Cəmiyyət

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

Oktyabr 30, 2026
Cəmiyyət

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

Oktyabr 30, 2026
Cəmiyyət

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

Oktyabr 30, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.