• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.4° Weather Columbus
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

TDT-nin Ankara Zirvə görüşü: Ölkələr arasında sərbəst hərəkətliliyin təmin olunması mexanizmləri müzakirə edilir

10 Avqust, 26 / 13:50
A A

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşünün oktyabrın 29-da Ankarada keçirilməsi planlaşdırılır. Mühüm tədbirin Türkiyə Cümhuriyyətinin yarandığı günə təsadüf etməsi toplantıya xüsusi rəmzi məna və tarixi çəki qazandırır. Gündəmdə duran ana məsələlərdən biri üzv ölkələrin vətəndaşlarının xarici pasporta ehtiyac olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsini təmin edəcək mexanizmlərin hazırlanmasıdır. Bu təşəbbüs həyata keçəcəyi təqdirdə türk dövlətləri arasında sərbəst hərəkət imkanları maksimum dərəcədə sadələşəcək və inteqrasiya prosesləri keyfiyyətcə yeni səviyyəyə qalxacaq. Eyni zamanda, yeni sistem regional ticarət, turizm, iqtisadiyyat və insanlararası münasibətlərin inkişafına güclü təkan verməklə yanaşı, ümumi təhlükəsizlik mühitini də möhkəmləndirəcək.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, TDT dövlət başçılarının 29 oktyabr tarixində Ankarada toplanması böyük rəmzi məna daşıyır:

“103 il öncə əski Osmanlı imperiyasının qalıqları üzərində tarixin ən qüdrətli sərkərdələrindən biri Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə Respublikası bütün dünya tərəfindən rəsmən tanınan və uzun onilliklər boyu dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi yer alan yeganə türk dövləti olub. Bu gün de-fakto 7 türk dövləti mövcuddur və onlardan altısı BMT-nin üzvü olaraq bütün dünya tərəfindən tanınan müstəqil dövlətçiliyinə malikdir. Altı müstəqil türk dövlətinin başçılarının Ankara görüşündə müzakirə etməli olduğu çox məsələlər var”.

Deputat qeyd edib ki, qlobal böhranların artdığı və hərbi qarşıdurmaların şiddətləndiyi bir dövrdə regional sülhü və təhlükəsizliyi təmin etmək ciddi çağırışdır:

“Hazırda beynəlxalq siyasətdə baş verən prioritetlərin dəyişməsi fonunda hər bir dövlət kənar destruktiv təsirlərdən qorunmaq və öz təhlükəsizliyini təmin etmək haqqında daha çox düşünür. Belə bir vəziyyətdə türk dövlətlərinin də atmalı olduqları zəruri addımlar var. Ankara Zirvə Toplantısında müzakirə olunacaq türk dövlətləri arasında sərbəst hərəkətin təmin olunması da belə vacib addımlardan biridir. Əslində TDT-nin mövcudluğu özü bütöv türk geopolitik regionunda insanların, əmtəə və valyutanın sərbəst hərəkətini şərtləndirir. Təşkilatın əhatə etdiyi bütün ölkələrin ərazisi vahid iqtisadi məkana çevrilməlidir. Bu tez və ya gec baş verəcək. Amma dünya nizamında baş verən sürətli transformasiyanı nəzərə alaraq bu kimi qərarların da mümkün qədər tez verilməsi daha faydalı olar”.

Cavanşir Feyziyevin sözlərinə görə, bu addımların atılacağı halda bütün türk ölkələrinin ərazisində iqtisadiyyat, ticarət, turizm və mədəni-humanitar sahələrdə güclü inkişaf tempi müşahidə olunacaq:

“Belə inteqrativ proseslər hər bir türk dövlətinin təhlükəsizliyini də gücləndirmiş olacaq və qlobal sistemdə baş verən dağıdıcı proseslərin təsirindən daha yaxşı qorunmaq mümkün olacaq. Məlum həqiqətdir ki, güc birlikdədir. Türk ölkələrinin vahid siyasi, iqtisadi-ticari və mədəni platformada birləşməsi üçün atılacaq bütün addımlar ayrı-ayrılıqda və bütövlükdə hər bir türk dövlətinin gücünü artırır, beynəlxalq siyasətdə öz çəkisi və rolu olan türk dünyasını formalaşdırır. Bizim gələcəyimiz də məhz bu idealla bağlıdır”.

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.