Xarici xəbərlər

Tatyana Montyan Rusiyada 1,5 il müddətinə həbs cəzasına məhkum edilib

19 Oktyabr 2026, 14:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyapərəst təbliğatçı və kollaborant Tatyana Montyan canlı yayım zamanı səsləndirdiyi ifadəyə görə Rusiyada 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, işğal altındakı Donetskdə keçirilən məhkəmə onu “ekstremizmə” açıq çağırışlarda təqsirli bilib. İşə 2022-ci ildə səsləndirdiyi “mühafizəçiləri heç bir peşmanlıq duymadan məhv etmək lazımdır” ifadəsi səbəb olub.

Montyan isə həmin sözlərlə fiziki zorakılığı deyil, söhbət çatında istifadəçilərin bloklanmasını nəzərdə tutduğunu iddia edib.

Son sözündə o, Ukrayna mediasının hökmə sevinəcəyini deyib və işin başlanmasına təşəbbüs göstərən şəxsləri Rusiyaya qarşı düşmənçilikdə ittiham edib.

Qeyd edək ki, Montyan 2021-ci ildə Ukraynadan Rusiyaya köçüb, RT ilə əməkdaşlıq edib və mütəmadi olaraq Rusiya federal telekanallarında çıxış edib.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600