Ukraynanın bir nömrəli tennisçisi Elina Svitolina fransalı tennisçi Qel Monfislə boşanmaq qərarı verdiyini açıqlayıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı tennisçi sosial şəbəkələrdə həyat yoldaşı ilə ayrıldığını bildirərək bu qərarı verməyin onun üçün son dərəcə çətin olduğunu etiraf edib.
“Zaman keçdikcə anladım ki, özümü yenidən tapmaq üçün bir yol axtarmalıyam və bunu evliliyimizin daxilində edə bilmərəm. Bu, üzləşməli olduğum ən ağır həqiqətdir”, – deyə Svitolina yazıb.
Onun sözlərinə görə, Monfis qərarına hörmətlə yanaşıb və heç vaxt unutmayacağı böyüklük nümayiş etdirib.
Cütlük 2021-ci ilin iyulunda evlənib. 2022-ci ilin oktyabrında isə onların Skay adlı qızı dünyaya gəlib.
Pərvin Hacıyeva

















