Qətər Livanda hər birinin gücü 825 MVt olan iki qaz elektrik stansiyasının tikintisini və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı 20 illik müqavilənin bağlanmasını nəzərdə tutan enerji layihəsi təklif edib.
Zefer.media Reuters agentliyinə istinadən xəbər verir ki, Dohanın təşəbbüsü 800 MVt gücündə günəş enerjisi, 440 MVt gücündə külək enerjisi istehsalının inkişafını, enerji saxlama sistemlərinin quraşdırılmasını və Suriyadan elektrik enerjisinin idxalını da əhatə edir.
Layihənin əsas məqsədi Livan büdcəsindən ilkin vəsait ayrılmadan özəl investisiyaları cəlb etməkdir. Təşəbbüsün həyata keçirilməsi üçün hər iki ölkənin hökumətinin razılığı tələb olunur.




