• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.9° Weather Columbus
$
1.7
€
1.9264
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Tarixi ədalətin sülh marşrutu: Avtomobillərlə dədə-baba yurduna doğru

05 Fevral, 26 / 16:21
A A

Azərbaycan tarixində ən həssas və eyni zamanda milli ruhu ən çox oyadan mövzulardan biri Qərbi Azərbaycana qayıdış məsələsidir. Tarixi torpaqlarımıza qayıdış sadəcə coğrafi bir məsələ deyil, eyni zamanda xalqın xatirəsi, kimliyi, vətən sevgisi və ədalət hissi ilə bağlıdır. Qarabağ münaqişəsi zamanı itirilmiş torpaqlar, köçkün taleləri və bir neçə nəsil boyunca davam edən həsrət, bu məsələnin həm hüquqi, həm də mənəvi aspektini daim aktuallaşdırır.

Qərbi Azərbaycan yalnız tarix kitablarında deyil, min illər boyu formalaşmış mədəniyyətimizin, adət-ənənələrimizin və memarlıq irsimizin də evidir. Bu torpaqlar hər bir azərbaycanlı üçün təkcə fiziki məkan deyil – o, kimliyimizin, tariximizin və gələcək nəsillərə miras qoyacağımız dəyərlərin simvoludur. Hər dəfə bu mövzu gündəmə gələndə, həm köçkünlər, həm də bütün xalq üçün dərin emosional rezonans yaranır.

Bu gün Qərbi Azərbaycana qayıdış mövzusu yalnız arzu olaraq qalmamalıdır. Bura strateji, diplomatik və sosial prioritet kimi gündəmə gətirilməli, gənc nəsillərə milli məsuliyyət və vətən sevgisi aşılanmalıdır. Dünyada sülh və ədalət uğrunda mübarizə davam edərkən, Azərbaycanın tarixi torpaqlarına dönüş həm milli həm də beynəlxalq hüquq baxımından vacib bir məsələdir.

Qayıdışın aktuallaşdırılması həm dövlət siyasətində, həm ictimai diskussiyalarda, həm də mədəni və təhsil sahələrində xüsusi diqqət tələb edir. Tarixi yaddaşımızın qorunması, xalqın həmrəylik ruhunun gücləndirilməsi və gələcək üçün strateji vizyonun formalaşdırılması baxımından bu mövzu bütün sahələrdə ön plana çıxmalıdır.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, bugünkü Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır: “Bu torpaqlarda azərbaycanlılar həmişə yaşayıblar, amma zaman-zaman torpaqlarımıza ermənilər köçürülüb. Biz isə deportasiyaya məruz qalmışıq.

Tarixdə deportasiyalar çox olub. Ən dəhşətli son deportasiya isə 1988-ci ildə baş verib. Bu proses azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə başa çatıb, amma azərbaycanlılar öz doğma torpaqlarını heç zaman unutmayıblar. 2020-ci ildə qazandığımız qələbədən sonra tarixi torpaqlarımıza qayıdış daha da aktuallaşıb. Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyi inkişaf etdikcə bizim də öz tarixi topaqlarımıza sülh yolu ilə qayıtmaq arzularımız dilə gəlir. Bəli, iki ölkə arasında sülh olacaq, amma bu o demək deyil ki, biz öz tarixi topaqlarımızı unudacayıq. Biz topla, tüfənglə, tankla qayıtmayacağıq. Biz öz tarixi topaqlarımıza avtomobillərlə qayıdacağıq. Bu baxımdan Ermənistan hakimiyyəti Azərbaycanda yaşayan Qərbi Azərbaycan icmasının üzvlərini qəbul etməli və onların öz ata yurdlarına qayıtması ilə bağlı məsələlər müzakirə edilib, həll yolları tapmalıdır. Bəli, zaman gələcək necə ki, biz öz ərazi bütövlüyü və suverenliyimizi bərpa etdik, tarixi topaqlarımıza da qayıdıb bu torpaqların əsil tarixi sakinləri olaraq yaşamağa da davam edəcəyik”.

Bənzər Xəbərlər

Gündəm

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Sentyabr 30, 2026
Gündəm

Deputatların pensiya imtiyazı ləğv edilir: Sabiq vəkilləri gözləyən yeni qayda NƏDİR?

Sentyabr 30, 2026
Gündəm

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Sentyabr 30, 2026
Gündəm

Ombudsman üçün yeni maliyyə erası

Sentyabr 30, 2026
Gündəm

Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub

Sentyabr 30, 2026
Gündəm

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Sentyabr 30, 2026

XƏBƏR LENTİ

“Flydubai” təyyarəsində pilotların davası: biri təyyarəni qəsdən yerə çırpmağa çalışıb?

30 Sentyabr, 26 / 18:52

Google, OpenAI, Meta və digər İT nəhəngləri süni intellektə nəzarət barədə razılaşma imzalayıb

30 Sentyabr, 26 / 18:45

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

30 Sentyabr, 26 / 18:06

Deputatların pensiya imtiyazı ləğv edilir: Sabiq vəkilləri gözləyən yeni qayda NƏDİR?

30 Sentyabr, 26 / 17:37

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

30 Sentyabr, 26 / 17:28

Ombudsman üçün yeni maliyyə erası

30 Sentyabr, 26 / 17:23

Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub

30 Sentyabr, 26 / 16:23

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

30 Sentyabr, 26 / 16:00

FHN əməkdaşları yenidən yuxuda olan yeniyetməni xilas ediblər

30 Sentyabr, 26 / 15:49

Eltürkdən Türkiyə-Azərbaycan münasibətlərində birlik vurğusu

30 Sentyabr, 26 / 14:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.