ABŞ Mərkəzi Komandanlığının rəisi Bred Kuper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ABŞ prezidenti Donald Trampa İslam Respublikasına qarşı mümkün əməliyyatlar üçün yeni hərbi variantlar təqdim ediblər.
Zefer.media xəbər verir ki, bu barədə “Iran international” xəbər agentliyi məlumat yayıb.
Brifinqdə həmçinin Yaxın Şərqdə Amerika qoşunlarının son hərəkətləri və yerləşdirilməsi müzakirə olunub.
Qeyd edilib ki, üç əsas fəaliyyət istiqaməti nəzərdən keçirilib:
“Biri gəmiçiliyi bərpa etmək üçün Hörmüz boğazı ətrafındakı kiçik adalarda ABŞ quru qüvvələrinin mümkün yerləşdirilməsi ilə bağlı olub.
Digər bir variant isə İranın zənginləşdirilmiş uranının 60%-ni çıxarmaq üçün İsfahan ərazisinə xüsusi təyinatlı qüvvələrin göndərilməsi,
3-cü variant ABŞ-nin İslam Respublikasına qarşı sürətli, lakin kütləvi hücumlarını nəzərdə tutur”.
Zərintac Mayisqızı

















