Ukrayna AB-yə qoşulmaqla bağlı danışıqların əksər fəsillərini 12-18 ay ərzində bağlaya və üzvlük müqaviləsini 2027-ci ildə imzalamağa başlaya bilər.
Zefer.media xəbər verir ki, bu barədə Baş nazirin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kaçka hökumətin sorğu saatında deyib.
O, qeyd edib ki, mart ayında Ukrayna bütün fəsillər üzrə texniki danışıqların uğurla başa çatması üçün ikinci şərtlər toplusunu alıb. Hazırda Avropa Komissiyası ilə altı klasterin hamısı üzrə texniki işlər aparılır.
Eyni zamanda, Kaçka ifadə edib ki, hətta üzvlük müqaviləsinin mümkün imzalanmasından sonra belə, proses hələ tam başa çatmayacaq: sənəd bütün Aİ ölkələrinin parlamentlərində, eləcə də Ukraynada təsdiqlənməlidir ki, bu da bir neçə il çəkə bilər.
O xatırladıb ki, Avropa İttifaqı danışıqlar klasterlərinin açılması üçün əvvəlcədən Ukrayna tərəfinə 145 tələb təqdim edib.
Baş nazirin müavini vurğulayıb: “Onların əksəriyyəti Ukrayna qanunvericiliyinin Birlik standartlarına uyğunlaşdırılması, eləcə də qurumların gündəlik iş təcrübəsi ilə bağlıdır. Bütün bu tələblər realdır. Növbəti 12-18 ay ərzində danışıqlar fəsillərinin əksəriyyətini bağlaya və gələn il Aİ-yə üzvlük müqaviləsinin imzalanmasına davam edə bilərik”.
Zərintac Mayisqızı

















