Dünya

Suriya Livana hərbi müdaxiləyə qarşı çıxdı

16 İyun 2026, 17:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Suriya hakimiyyəti ABŞ-nin Livan Hizbullahına qarşı güc tətbiq etmək barədə təklifini qəbul etməyib. Suriya prezidentinin müşaviri Əhməd Zidan bildirib ki, Dəməşq Livandakı vəziyyətə hərbi müdaxilədə maraqlı deyil.

Zefer.media xəbər verir ki, bu barədə “The National” nəşri bildirib.

“ABŞ Suriyanın Livandakı vəziyyətə müdaxilə etməsini təklif etdi. Suriya dövləti hərbi müdaxilədə maraqlı deyil. Bəzi beynəlxalq oyunçular hərbi yanaşmaya əl ata bilərlər, amma belə gedişlərin bölgədə nəticə vermədiyi artıq sübut olunub”, – deyə o qeyd edib.

Zidanın sözlərinə görə, Suriya Livan dövlətinin rəsmi institutlarını gücləndirmək səylərini dəstəkləyir, ancaq xarici hərbi müdaxilənin əleyhinədir.

Məlumata əsasən, bir müddət əvvəl Suriya prezidenti Əhməd əş-Şəranın Vaşinqtona mümkün səfəri və Livandakı vəziyyətlə bağlı müzakirələr gündəmdə olub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600