Hadisə

Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı – FOTO

10 Fevral 2026, 15:103
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA-1” və MİDA-2” yaşayış komplekslərinin arasındakı ərazidə küçə itləri azyaşlıya hücum edib.

Bu barədəqəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, fevralın 4-də küçə itləri məktəbə gedən şagirdlərə hücum edib. Nəticədə iki şagirdi it dişləyib.

Qeyd edək ki, Hövsan “MİDA 2”-də məktəb fəaliyyətə başlamadığından, şagirdlər “MİDA-1”də yerləşən 172 saylı məktəbə gedirlər və təxminən bir kilometrdən çox yol qət edirlər.

Bu ərazidə isə çox sayda sahibsiz itlər var və dəstə şəklində hücum edirlər. Sakinlər deyir ki, dəfələrlə onların müdaxiləsi sayəsində bədbəxt hadisələrin qarşısı alınıb. (Sitat.info)

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600