Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sakit İsmayılovun idarə etdiyi “Subaru” markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi “Zil” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Subaru”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində sərnişin qismində olan 1966-cı il təvəllüdlü Taleh Həsənov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

















