SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının müfəttiş müavini Məhəmməd Cəfər Əsədi ABŞ ilə bağlı sərt açıqlama verib.
Zefer.media xəbər verir ki, o İranın heç bir resursa sahib olmasa belə, ABŞ-yə qarşı mübarizəni davam etdirəcəyini və “təslim olmayacağ”ını bildirib.
“Mesajımız budur ki, heç nəyimiz olmasa belə, Amerikaya qarşı mübarizəyə davam edəcəyik, çünki biz təslim olanlardan deyilik”, – Əsədi deyib.
O əlavə edib ki, İranın hələ bütün imkanları və “kozırları” ortaya qoyulmayıb.
Əsədi diqqətə çatdırıb ki, ABŞ İslam Respublikasının tam təslim olmasını istəyir, lakin bu baş verməyəcəyi təqdirdə qarşıdurmanın davam edəcəyi qaçılmazdır.
Zərintac Mayisqızı

















