Xarici xəbərlər

SEPAH: “İranın yeni ballistik raketləri uçuş zamanı hədəfini dəyişə bilir”

11 Avqust 2026, 12:382
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Silahlı Qüvvələrinin düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini aşmaq məqsədilə buraxılışdan sonra trayektoriyasını dəyişə bilən ballistik raketlərlə təchiz olunduğu açıqlanıb.

Zefer.media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi məlumat yayıb.

Generalın sözlərinə görə, İranın raket imkanları artıq yalnız əvvəlcədən müəyyən edilmiş bir nöqtədən digərinə zərbə endirməklə məhdudlaşmır. O bildirib ki, İranın bəzi raketləri tam idarəolunandır və uçuş zamanı düşmənin HHM sistemləri qarşısında manevr edərək istiqamətini dəyişə bilir.

SEPAH-ın sözçüsü əlavə edib ki, raketin əvvəlcədən hədəfi müəyyən edilsə belə, uçuş əsnasında istiqaməti dəyişdirilərək yeni hədəf təyin oluna bilər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600