Bu gün səhər saatlarında SEPAH Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə yeni raket zərbələri endirdiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, hücumlar İordaniyadakı Əl-Əzraq Hərbi Hava Bazasında yerləşən dörd hədəfə yönəlib. Bildirilir ki, hədəflər arasında F-35 qırıcı təyyarələrinin saxlanıldığı anqarlar və komandanlıq mərkəzi də olub.
SEPAH, habelə, Bəhreyndəki ABŞ hərbi bazasına və Küveytin Əl-Cəhra bölgəsində yerləşən ABŞ hərbi obyektinə də zərbələr endirdiyini iddia edib.
SEPAH ABŞ hədəflərinə habelə Bəhreyndəki, İordaniyadakı ABŞ hədəflərinə endirdiyi zərbələrə görüntülər yayımlayıb.
Zərintac Mayisqızı
















