Hərbi

Səfərbərlik və hərbi xidmətə çağırışla bağlı yenilik

2 Mart 2026, 22:165
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiq edilib.

Zefer.media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin (VEİS) hüquqi əsaslarını müəyyən edir və sistemin fəaliyyətinin təşkili qaydalarını tənzimləyir.

Qərarın icrası nəticəsində dövlət orqanları arasında məlumat mübadiləsi daha operativ və şəffaf olacaq, çağırış və səfərbərlik sahəsində elektron xidmətlərin göstərilməsi genişlənəcək, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə idarə olunması təmin ediləcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600