• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Sabunçu tuneli niyə çöküb? - AÇIQLAMA

16 Aprel, 26 / 16:58
A A

Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisənin baş vermə səbəbləri ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat yayılıb ki, tunel Azərbaycan Dəmir Yollarının balansındadır.

Mövzu ilə bağlı nəqliyyat eksperti və Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin fikirlərini öyrəndik.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Zefer.media-ya açıqlamasında vurğulayıb ki, sözügedən keçidlə bağlı son dövrlərdə yağış və sel sularının idarə olunması məsələsində müəyyən narahatlıqlar yaranmaqdadır:

“Sabunçu keçidi əvvəllər də Bakının problemli ərazilərindən biri kimi gündəmdə olub.
Həmin ərazinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir neçə iri qəsəbəni bir-biri ilə birləşdirir. Eyni zamanda, digər keçidlərdən fərqli olaraq burada kanalizasiya və yağış sularının axıdılması sistemi ya zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Nəticədə, sular özünə yol taparaq təzyiq yaradır və ona görə də yol örtüyünün çökməsinə gətirib çıxarır.
Hazırda əsas məsələ ərazinin operativ şəkildə nəzarətə götürülməsidir. Aidiyyəti qurumlar tərəfindən körpünün və dayaq elementlərinin zədələnməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bu, həm mühəndis qurğusunun qorunması, həm də təhlükəsizliyin təmini baxımından vacibdir”.

Ekspert əlavə edib ki, adıçəkilən ərazi kanalizasiya və su təchizatı baxımından zəif inkişaf etmiş zonalardan biridir:

“Bu səbəbdən problemin qısa müddətdə aradan qaldırılması olduqca önəmlidir. Əks halda, belə hallar daha ciddi nəticələrə, o cümlədən insan tələfatına və ərazidə yerləşən digər infrastruktur obyektlərinin, xüsusilə də dəmir yolu keçidinin zədələnməsinə səbəb ola bilər”.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev deyib ki, Sabunçu rayonu ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub: “Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Bakının bu qəsəbəsində su olmayacaq

Avqust 3, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Avqust 3, 2026
Manşet

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Avqust 3, 2026

XƏBƏR LENTİ

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

03 Avqust, 26 / 15:56

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

03 Avqust, 26 / 15:51

Bakının bu qəsəbəsində su olmayacaq

03 Avqust, 26 / 14:01

Prezidentdən 3 fərman

03 Avqust, 26 / 13:59

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust, 26 / 13:53

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust, 26 / 13:51

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

03 Avqust, 26 / 13:34

Rusiya Azov dənizində gəmi təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür

03 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.