Bu gün Pakistanın baş naziri Şahbaz Şərif İsveçrədə keçirilən İran və ABŞ arasında danışıqların ilk mərhələsinin uğurla yekunlaşdığını açıqlayıb.
Zefer.media xəbər verir ki, Şərif X hesabıbda paylaşım edərək bildirib:
“İslamabad Memorandumu” çərçivəsində yaradılan Ali Komitənin ilk iclası konstruktiv atmosferdə keçib və tərəflər arasında mühüm razılaşmalar əldə olunub”.
Onun sözlərinə görə, əsas razılaşmalardan biri İran və ABŞ arasında 60 gün ərzində yekun sazişin imzalanmasını nəzərdə tutan yol xəritəsinin hazırlanmasıdır.
Bundan əlavə, danışıqlar prosesinə siyasi nəzarətin təmin edilməsi və texniki məsləhətləşmələrin koordinasiyası üçün Ali Komitənin yaradılması barədə razılıq əldə edilib.
Zərintac Mayisqızı

















