Dünya

Şərif: “ABŞ və İran arasında sülh sazişi əldə olunub”

15 İyun 2026, 10:232
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Pakistanın baş naziri Şahbaz Şərif Vaşinqton və Tehran arasında aparılan intensiv danışıqların nəticəsində tarixi bir sülh sazişinin əldə edildiyini bəyan edib.

Zefer.media xəbər verir ki, Şərif tərəflərin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması barədə razılığa gəldiyini bildirib.

Nazir qeyd edib ki, əldə olunan razılaşmanın rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi nəzərdə tutulur.

O, ABŞ və İran rəhbərliklərinə münaqişənin diplomatik yollarla həllinə göstərdikləri sadiqliyə görə təşəkkür edib. Şərif əlavə olaraq Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirərək, razılaşmanın əldə olunmasında onların mühüm rol oynadığını vurğulayıb.

Baş nazirin sözlərinə görə, yaxın günlərdə vasitəçi ölkələrin nümayəndələri texniki detalları müzakirə etmək və sazişin rəsmi imzalanmasına hazırlıq məqsədilə əlavə görüşlər keçirəcəklər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600