• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Ashburn
$
1.7
€
1.9739
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sərhədi 20 saniyəyə keçmək mümkün olacaq

28 Avqust, 26 / 11:12
A A

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd nəzarətinin müasir texnologiyalar əsasında həyata keçirilməsi, sərnişinlərin rahatlığının təmin olunması və sərhədkeçmə prosedurlarının operativliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Zefer.media-ya verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib.

“Müasir texnoloji həllər əsasında fəaliyyət göstərən innovativ sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.

Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.

Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.

Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.

“Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.

Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Yeni texnologiyanın tətbiqində əsas məqsəd yalnız sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçirilməsini təmin etmək deyil, eyni zamanda sərnişin məmnuniyyətinin artırılması, sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiq dairəsinin genişləndirilməsi və müasir tələblərə cavab verən effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasıdır.

Bu sistemin tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal və innovativ sərhəd nəzarəti infrastrukturunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların sərhəd mühafizəsi və sərhəd nəzarəti sahəsinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biridir.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir standartlara uyğun təşkili, innovativ texnologiyaların tətbiqi və sərnişinlər üçün daha çevik və rahat xidmət imkanlarının yaradılması istiqamətində fəaliyyət davam etdirilir”, – məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

Cəmiyyət

Parlament payız sessiyasında bu sənədləri təsdiqləyəcək

Sentyabr 7, 2026
Cəmiyyət

Sabah yağış yağacaq

Sentyabr 7, 2026
Cəmiyyət

Zəngəzur dəhlizi açılan kimi onlara güzəştlər olacaq

Sentyabr 7, 2026
Cəmiyyət

TƏBİB-in Könüllülük proqramı: gənclərə təcrübə, vətəndaşlara daha keyfiyyətli xidmət

Sentyabr 7, 2026
Cəmiyyət

Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Sentyabr 7, 2026
Ekologiya

Bu gün Abşeronun bəzi yerlərində leysan olacaq, şimşək çaxacaq 

Sentyabr 7, 2026

XƏBƏR LENTİ

“Hərbi Dəniz Qüvvələrimiz sürətli inkişaf tempi və peşəkarlığına görə dünyada qabaqcıl yer tutur”

07 Sentyabr, 26 / 19:08

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

07 Sentyabr, 26 / 16:53

“ASAN xidmət”in innovasiyaları BMT tədbirində

07 Sentyabr, 26 / 16:31

İrandan ABŞ-yə mesaj: “Siz bizə zərbə vursanız, biz də sizə vuracağıq”

07 Sentyabr, 26 / 16:22

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

07 Sentyabr, 26 / 16:09

Parlament payız sessiyasında bu sənədləri təsdiqləyəcək

07 Sentyabr, 26 / 16:08

Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı

07 Sentyabr, 26 / 16:06

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - Foto+Video

07 Sentyabr, 26 / 15:58

Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb

07 Sentyabr, 26 / 14:01

Sadəcə diş fırçası ilə 5 qitədə 133 ölkəyə səyahət etdi

07 Sentyabr, 26 / 13:57

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.