Rusiya Ermənistanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana ad günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.
Kremlin saytında dərc olunmuş Rusiya prezidentinin təbrikində deyilir: “Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləri olub. Biz onların davamlı və mütərəqqi inkişafında maraqlıyıq”.
Zərintac Mayisqızı




