Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük qərarının ölkənin suveren hüququ olduğu və Rusiyanın bu məsələyə müdaxilə etməyəcəyi bildirilib.
Zefer.media Minval.az – a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda (ŞİF) deyib.
“Necə qərar verəcəklərsə, elə də olacaq. Bu, onların suveren hüququdur”, — Overçuk bildirib.
O, eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan Aİ ilə yaxınlaşmağa başlayacağı təqdirdə Rusiya İrəvanın hazırda əldə etdiyi iqtisadi güzəştlərə yenidən baxa bilər.
Pərvin Hacıyeva

















