Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqin Rusiya ilə Azərbaycan arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kaluqinin sözlərinə görə, tərəflər 2024-cü ilin dekabrında baş vermiş və Rusiya, Azərbaycan, eləcə də Qazaxıstan üçün ortaq faciəyə çevrilmiş təyyarə qəzasından sonra münasibətlərdə “yeni səhifə açmağa” nail olublar.
O qeyd edib ki, buna Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimadlı dialoq kömək edib.
Aytən Yalçınqızı
















