Dünya

“Reuters”: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19 İyun 2026, 12:261
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

SEPAH Körfəz ölkələrində ABŞ qüvvələrinin yerləşdiyi obyektlərə potensial hücumlar üçün İraqda yeni gizli qruplar yaradıb.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi İraqdakı mənbələrə istinadən bildirib.

Məlumata görə, həmin qruplar əsasən hər biri təxminən 10 nəfərdən ibarət kiçik hüceyrələr şəklində təşkil olunub və Bəsrə və Səmava ətrafında fəaliyyət göstərir.

Sözügedən qruplar aprelin sonundan mayın ortalarınadək Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində ən azı yeddi pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

Qeyd edilir ki, bu qrupların bir hissəsi İraqda fəaliyyət göstərən şiə silahlı fraksiyalarının çətir təşkilatı olan “İraqda İslam Müqaviməti”ndən seçilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600