• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Turizm

Regional Turizm Şuralarının iclasları keçirilib

15 Oktyabr, 26 / 10:06
A A

13-14 oktyabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qəbələ və Qax rayonlarında Qəbələ, Qax-Balakən Regional Turizm Şuralarının iclasları keçirilib. İclaslarda Dövlət Turizm Agentliyinin, yerli icra hakimiyyətinin nümayəndələri, Şuranın işçi qrupunun üzvləri də daxil olmaqla, ümumilikdə 30-a yaxın dövlət qurumundan 100-ə yaxın şəxs iştirak edib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, hər iki iclasda Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Regional Turizm Şuralarının sədri Kənan Quluzadə çıxış edib. O, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib. Regionların inkişafına dair “Təkliflər Planı”nda əks olunan Turizmdə əlçatanlıq və infrastruktur, Turizm məhsulları və təcrübələri, Turizmdə marketinq, təbliğat və rəqəmsallaşma, Turizm sənayesinin inkişafı, Turizmdə insan resursları və keyfiyyət standartları kimi fəaliyyət istiqamətləri, əsas icraçı qurumların görəcəyi işlər geniş müzakirə olunub.

Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Regional Turizm Şurasının fəaliyyətinin regionun turizm potensialının inkişaf etdirilməsinə mühüm töhfələr verdiyini bildirib.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Prezidentinin müəyyən etdiyi turizm strategiyasına uyğun olaraq rayonun təbii, mədəni və tarixi potensialının dayanıqlı inkişafının əhəmiyyətini vurğulayıb. Qaxın turizm imkanlarının tanıdılması məqsədilə kitab layihələrinin, intellektual turizm təşəbbüslərinin və müxtəlif mədəniyyət festivallarının uğurla həyata keçirildiyini, təşkil edilmiş festivallarda iştirakçı sayının 70 mini ötdüyünü qeyd edib. O, yerli əhali və turizm sektoru ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərin qısa müddətdə və səmərəli şəkildə reallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Həmçinin Şuranın regionda uzunmüddətli və dayanıqlı turizmin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov rayonun zəngin təbiətinin, qədim tarixi abidələrinin və Katex şəlaləsi kimi unikal təbiət obyektlərinin turizm inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcudluğunun və rayonun əlverişli coğrafi mövqeyinin ekoturizmin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Azərbaycanın bu bölgələrinin turizm baxımından daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin müdiri Heybət Vəliyev Büro tərəfindən həyata keçirilən marketinq fəaliyyətləri, turizm nişanlarının tətbiqi, eləcə də xarici ölkələrdən media nümayəndələrinin və turizm şirkətlərinin təmsilçilərinin regiona tanışlıq səfərlərinin təşkili barədə məlumat verib.

Hesabat xarakteri daşıyan hər iki iclasda iştirakçıların rəy və təklifləri də dinlənilib. Sonda regionun turizm potensialından daha səmərəli istifadə edilməsi, mövcud problemlərin həlli və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bənzər Xəbərlər

Turizm

Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

Noyabr 4, 2026
Turizm

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

Oktyabr 28, 2026
Turizm

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Oktyabr 27, 2026
Turizm

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib

Oktyabr 27, 2026
Turizm

ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi

Oktyabr 26, 2026
Turizm

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər” – İlham Əliyev

06 Noyabr, 26 / 18:17

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

06 Noyabr, 26 / 18:11

Los-Ancelesin meri hindistanəsilli siyasətçi olacaq

06 Noyabr, 26 / 18:03

Denis Şmıqal İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib

06 Noyabr, 26 / 17:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.